Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gəncə şəhər Mir Cəlal Paşayev Ev Muzeyində ədəbiyyat dərsi

24.04.2018

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Əməkdar Elm xadimi, filologiya elmləri doktoru Mir Cəlal Paşayevin anadan olmasının 110 illik yubileyi münasibəti ilə Gəncə şəhərində onun adını daşıyan muzeydə şəhər 27 №-li tam orta məktəbin şagirdlərinin iştirakı ilə ədəbiyyat dərsi keçirildi.

Şagirdlərə görkəmli ədib ədib Mir Cəlal Paşayevin həyat və yaradıcılığı, pedaqoji fəaliyyəti barədə məlumat verildi.

Sonra şagirdlər üçün muzey əməkdaşları tərəfindən ekskursiya təşkil olundu.