Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Şuşa Azərbaycanın mədəniyyət paytaxtı ” mövzusunda tədbir keçirilib

26.04.2022

26.04.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Heydər Əliyev Mərkəzində "Şuşa ili" çərçivəsində "Şuşa Azərbaycanın mədəniyyət paytaxtı " mövzusunda tədbir keçirildi. Tədbir Zəfəri bizə bəxş edən şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başladı.

Tədbiri giriş sözü ilə açan Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova, elmi işçisi Aygül Cabbarova, Mərkəzin əməkdaşı Cehunə Namazlı mövzu ətrafında geniş çıxış etdilər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin erməni vəhşiliyinin qurbanı olmuş yaşayış məskənlərimizin tarixi abidələrimizin bərpasına göstərdiyi xüsusi diqqət və qayğıdan danışdılar. Hələ ulu öndər Heydər Əliyevin Şuşa şəhərinə xüsusilə mədəniyyət sahəsində göstərdiyi misilsiz xidmətləri göz önünə gətirdilər. Sonda Şuşaya və onun yenidən bərpa edildiyini nümayiş etdirən film tədbir iştirakçılarına təqdim edildi.

 

58.7 KB