Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Qoşmalar”adlı şeir saatı və sərgi keçirilib

26.04.2022

25.04.2022.ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Çobanabdallı kənd kitabxana filialı 2022-ci il "Şuşa ili" çərçivəsində Azərbaycan şairi Molla Pənah Vaqifin 305 illiyi münasibətilə, "Qoşmalar"adlı şeir saatı və sərgi keçirdi .Tədbirdə Çobanabdallı kənd orta məktəbinin 4a sinif şagirdləri iştirak edirdi.Tədbiri Çobanabdallı kənd kitabxana filialının müdiri Fatma Əsgərova açaraq ilk öncə tədbir iştirakçılarını salamladı .O çıxışında qeyd etdi ki, Vaqif 1717-ci ildə Qazax mahalının Qıraq Salahlı kəndində anadan olmuşdur. Şairin əsl adı Pənah,atasının adı Mehdi ağadır.Lakin sonralar Vaqifin təhsili məktəbəqədər olduğu üçün Molla Pənah adı ilə xalq arasında tanınır. 1759-cu ildə Gürcüstan şəhərində baş verən qarışıqlıqlar nəticəsində Qazax mahalının bir neçə ailəsi kimi Vaqifin ailəsi də doğma yurdlarını tərk edib Qarabağ xanlıqlarına köçməyə məcbur olub. XVIII əsr Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndəsi heç şübhəsiz ki, Molla Pənah Vaqifdir.Vaqif poeziyası əsrin ziddiyyətlərini ,sevinc və kədərini daha parlaq ifadə etdiyi üçün bütünlüklə Azərbaycan milli ədəbiyyatının bu dövrünü Vaqif əsri adlandırmaq olar. Vaqif ədəbi və siyasi şəxsiyyətlərdən biri olduğu üçün Azərbaycan ədəbiyyatının yeni istiqamətlərində inkişafına kömək etmiş qüdrətli bir sənətkardır. Tədbirdə Çobanabdallı kənd ümümi orta məktəbin 4 cü sinif şagirdləri Vaqifin "Badi-Səba,bir xəbər ver könlümə", "Hər yetən gözələ gözəl demərəm ", "Öyünməsin kimsə gözələm deyib" adlı qoşmasını söylədilər.

 

119.3 KB