25.04.2022
25.04.22-ci iltarixində Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Yolqullar kənd kitabxana filialı vəYolqullar kənd tam orta məktəbində Əhməd Cavadın 130 illiyinə həsr olunmuş “Milli İstiqlal şairimiz Əhməd Cavad” adlı söhbət təşkil etdil'r.Tədbirdə 8-ci sinif şagirdləri, müəllimlər iştirak etdi.Tədbiri Yolqullar kənd kitabxanasının böyük kitabxanaçısı Məmmədova Raziyyə açaraq Əhməd Cavadın həyat və yaradıcılığından geniş məlumat verdi.1919-cu ildə Dövlət Himnimizin sözlərini yazan represiya qurbanı olaraq işgəncələrlə öldürülən Əhməd Cavad.1920-ci ildə Azərbaycan parlament binasının üzərindən çıxardığı və güllələrdən dəlik deşik olmuş üçrəngli bayrağımızı qətlə yetirildiyi günə qədər qoruyub saxlaya bilmişdir.Əhməd Cavad həm lirik, həm epik növdə əsərlər qələmə almışdır.Onun epik poemalarından biri də “Səsli qız”poemasıdır.Poemanın əsas mövzusu insanın öz ölkəsini azadlığı və müstəqilliyi uğrunda fədakar olmağa məcburdur.Poema barədə məktəbin kitabxanaçısı Səhər müəllimə iştirakçılara geniş məlumat verdi.Zeynalova Cahanə şairin “Çırpınırdı Qara dəniz” şeirini söylədi.