25.04.2022
25 aprel 2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mərkəzi Kitabxanada Heydər Əliyev Mərkəzi və Mərkəzi Kitabxananın birgə təşkilatçılığı ilə Azərbaycan mədəniyyətində və ictimai həyatında dərin izlər qoymuş Xurşidbanu Natəvanın 190 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Tədbiri Mərkəzi Kitabxananın əməkdaşı Gülnar Nəcəfova açaraq Xurşidbanu Natəvanın uşaqlıq xatirələrindən danışdı.Heydər Əliyev Mərkəzinin elmi işçisi Şəbnəm Əliyeva Xurşidbanu Natəvanın həyatından və Mərkəzi Kitabxananın əməkdaşı Nəzakət Talıbova şairənin yaradıcılığından danışdı.