23.04.2022
Gəncə Regional Mədəniyyət İdarəsinin Bülbül adına 3 nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano şöbəsində şagirdlərin ifasında polifoniya və sonata musiqisindən ibarət konsert keçirilmişdir.
Konserti giriş sözü ilə fortepiano şöbəsinin müdiri Əsgərova Svetlana açmışdır. O, borokko dövrünün musiqisinin səciyyəvi xüsusiyyətlərindən bəhs edərək konserti açıq elan etmişdir. Konsertdə 17 ci -18 ci əsr bəstəkarlarından İ.S.Bax , M.Klementi, V.A.Mosart , A.Qefike, A.Diabelli, D.Cimorozonun,L.V.Bethovenin əsərləri səslənmişdir.