23.04.2022
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 yanvar 2022-ci il tarixli sərəncamı ilə 2022-ci ilin “Şuşa ili” elan edilməsi ilə bağlı keçirilən tədbirlər planına əsasən 23 aprel 2022-ci il tarixdə Gəncə şəhəri T.Hacıyev adına 2 nömrəli və Z.Qayıbov adına 5 nömrəli Uşaq Musiqi Məktəblərinin birgə təşkilatçılığı ilə “Şuşa ilə Zəfər!” adlı tədbir keçirilmişdir.
Tədbirdə Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov iştirak etmişdir.
Gəncə şəhər 2 və 5 nömrəli Uşaq Musiqi Məktəbinin müəllim və şagirdlərinin ifasında musiqi nömrələri təqdim edilmişdir.