Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Tap-tapmaca gül yapmaca” başlıqlı tapmaca saatı keçirilib

23.04.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 13 saylı kitabxana filialı 23.04.2022-ci il tarixdə "Tap-tapmaca gül yapmaca" başlıqlı tapmaca saatı keçirdi. Kitabxanaçı Qafarova Könül kiçik yaşlı oxuculara izah etdi ki, tapmaca bizim zəkamıza, sərbəst düşünməyə, məntiqi təfəkkürümüzə, nitqimizə müsbət təsir  göstərir.Tapmacalarda verilmiş açar sözlər vasitəsilə tapmacanın cavabını asanlıqla tapa bilərik. Biz tapmacaları yaxşı dərk etməyimiz üçün ilk əvvəl asan tapmacalardan başlamalıyıq ki, daha sonra çətin tapmacaları oxuyub anlaya bilək. Kitabxanaçı kitabxananın fondundan məktəbəqədər uşaqlar üçün  nəşr olunmuş "Atalar sözləri və tapmacalar" kitabından tapmacalar səsləndirdi. Uşaqlar isə öz növbəsində həvəslə tapmacaların cavabını tapmaqda qoçaqlıq göstərdilər.
Əsas məqsəd kiçik yaşlı oxuculara ədəbi irsimizi, şifahi xalq ədəbiyyatının tərkib hissəsi olan tapmacaları öyrədərək, qoruyub, yaşatmaqdan ibarətdir.

 

134.8 KB

 

138.1 KB