Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Kitab – könüllərin sirdaşıdır” mövzusunda sərgi keçirilib

23.04.2022

Gəncə Regional Mədəniyyət İdarəsi  Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin  Heydər Əliyev Mərkəzində yerləşən 16 № - li kitabxana filialı 23 aprel - Ümumdünya Kitab və Müəllif Hüquqları Günü ilə əlaqədar “Kitab – könüllərin sirdaşıdır” mövzusunda sərgi keçirdi. 
Sərgidə 31 nüsxə, 30 adda kitab nümayiş olunurdu. 
Tədbirdə Göygöl rayon 8 mart tam orta məktəbinin müəllim və şagirdləri iştirak edirdi. 
Tədbirdən öncə Gəncə şəhər Heydər Əliyev Mərkəzinin bələdçisi Sevinc Bədəlova  Ulu Öndər Heydər Əliyevin çoxşaxəli və zəngin fəaliyyəti, Gəncə şəhərinin tarixi keçmişi və bu günü ilə bağli şagirdlərə geniş  məlumat verdi. 
Tədbiri açıq elan edən kitabxanaçı Tünzalə İsmayılova Ümumdünya Kitab və Müəllif Hüquqları Günü ilə əlaqədar iştirakçılara məlumat verərək bildirdi ki, YUNESKO-nun 1996-cı il tarixli qərarı ilə hər il bütün dünyada 23 aprel dünya şöhrətli dramaturqlar Vilyam Şekspir, Migel de Servantes  və yazıçı-tarixçi İnka Qarsilaso de la Veqanın şərəfinə Beynəlxalq Kitab və Müəllif Hüquqları günü kimi qeyd edilir.  Sonra isə Tünzalə İsmayılova sərgidə nümayiş olunan kitablarla şagirdləri tanış etdi.

 

205.3 KB

 

222.3 KB

 

166.7 KB