Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Kitablara və müəlliflərə ehtiram”adlı kitab sərgisi  təşkil edilib

23.04.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı kitabxana filialı 22.04.2022-ci il tarixində  Beynəlxalq Kitab və Müəllif Hüquqları Günü  münasibətilə “Kitablara və müəlliflərə ehtiram”adlı kitab sərgisi  təşkil etdi. Tədbirdə Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.  MKS-nin  19 saylı kitabxana filialının müdiri  Elza Əliyeva tədbiri açıq elan etdi. Sərgidə  MKS-nin 19 saylı filialının fonduna daxil olan yeni kitablar sərgilənmişdir . Dahi Nizami Gəncəvi uşaqlar üçün nəşr edilmiş  rəngarəng şəkilli  “Xeyir və Şər”, İlin fəsilləri”, “Yeddi gözəl”, “Slavyan gözəli”, kitabları, Gülzar İbrahimova “Bir zalım Şah”, “Qirpızıyanaq, qirmızıpapaq, “Ciddi ol!”, “Dostlaşmış nağıllar”,  Ə.B.Haqverdiyev “Çeşmək”, “Bomba”, Cəfər Cabbarlının hekayələri, Ukrayna xalq nağılı “Əlcək”, Belarus uşaq ədəbiyyatı, Dostayevski F “Cinayət və cəza”, Sükut Amin “Tuflinlər”, Şarl Perro “Çəkməli pişik”, “Qırmızıpapağın nağılı”, S.S.Axundov “Qaraca qız”, Uşaq ensiklopediyası “Coğrafiya”, “İnformatika”, “Ekologiya”, “Astronomiya”, Ələkbərli Əziz “Qərbi Azərbaycan”, Abışov V.S “Şamaxı qəzası”, “Quba qəzasında” kitablarının hər biri haqqında geniş məlumat verən Elza Əliyeva oxucuları  kitablarla yaxından tanış olmaq üçün kitabları oxumağı tövsiyə etdi.

 

113.1 KB

 

129.7 KB