23.04.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 4 saylı filialı 22.04.2022-ci il tarixdə 23 Aprel Beynəlxalq Kitab və Müəllif Hüquqları günü ilə əlaqədar "Kitab elmin açarıdır" başlıqlı sərgi təşkil etdi. Sərgidə fonda daxil olmuş "Yeni kitablar", "Bədii ədəbiyyat", "Xarici ədəbiyyat", "Uşaq ədəbiyyatı" və s. kitablar sərgiləndi. Tədbiri təşkil etməkdə məqsəd kitabxanaya yeni oxucu kütləsi cəlb etmək, onlarda kitaba maraq artıraraq mütaliə etmələrini təmin etməkdir. Tədbirdə müxtəlif yaş qrupundan olan ətraf sakinlər iştirak edirdi.