Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Kitaba məhəbbət-Vətənə sədaqət” başlığı altında xülasə keçirilib

22.04.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 20 nömrəli kitabxana filialında 22.04.2022-ci il tarixdə Beynəlxalq Kitab və Müəllif Hüquqları Günü ilə əlaqədar "Kitaba məhəbbət-Vətənə sədaqət" başlığı altında xülasə keçirildi.Tədbiri böyük kitabxanaçı Yeganə Əliyeva açıq elan edərək qeyd etdi ki, mütaliə hər bir insanın şəxsiyyət kimi formalaşmasında böyük rol oynayır.İnkişaf etmək üçün yalnız oxumaq və çalışmaq lazımdır.İnsan mütaliə edərək öz dünyağörüşünü,biliklərini,həyat təcrübəsini,nitq qabiliyyətini daha da artırır.Mütaliənin xeyirlərini sadalamaqla yeni bir kitab ərsəyə gətirmək olar.Məşhur yazıçı Şekspir demişdir:"Mən kitabları yaratmazdan öncə kitablar məni yaratdı."Dramaturq, yazıçı Nəcəfbəy Vəzirov isə demişdir ki, dəyərli kitab insanı  saatlarla,hətta bəzən günlərlə sonuncu səhifələr bitənə qədər tərpənməyə belə imkan vermir.Kitab ölkənin mədəniyyəti,bir millətin əbədi yaşayan,var olan tarixidir.O keçmişlə gələcək arasında bir körpüdür.Bu gün elmə,təhsilə maraq göstərən insanların sayı nə qədər çox olsa ölkəmizin dünya miqyasında əldə edəcəyi nailiyyətləri də bir o qədər böyük olar.Dahilərin dediklərinə görə, böyük orduların qazana bilmədiyi qələbəni elm xadimləri, alimlər, müdriklər elmlə, biliklə qazanmışdır.Elə bir kitab yoxdur ki,insan ondan bəhrələnə bilməsin.Yaxşı kitab qiymətli xəzinədir.

 

44.7 KB