22.04.2022
21.04.2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 saylı kitabxana filialında dahi bəstəkar Fikrət Əmirovun anadan olmasının 100 illiyi ilə əlaqədar "Simfonik muğam janrının yaradıcısı"başlıqlı tədbir keçirildi.Tədbiri kitabxanaçı Günel Kərimova açaraq qeyd etdi ki, Azərbaycan bəstəkarlıq sənətinin korifeylərindən biri olan Fikrət Əmirov 1922-ci ildə Gəncədə anadan olmuşdur. Fikrət Əmirovun yaradıcılığı geniş və çoxşaxəlidir.O,musiqinin bir çox janrında əsərlər bəstələmişdir.Fikrət Əmirov zəngin yaradıcılığı ilə musiqimizin inkişafında yeni mərhələ açmışdır.Bəstəkarın "Min bir gecə", "Nəsimi dastanı", "Nizami" baletləri, "Şur", "Kürd Ovşarı"və "Gülüstan Bayatı-Şiraz" simfonik muğamları, "Nizami" simfoniyası, "Azərbaycan kapriççiosu", skripka ve fortepiano üçün "Muğam poeması", süitaları, mahnı və romansları, dram tamaşalarına və kinofilmlərə yazdığı musiqi Azerbaycan mədəni irsinin qiymətli inciləridir.Görkəmli bəstəkar "Sevil" operası ilə Azərbaycanda ilk lirik psixoloji operanın əsasını qoymuşdur.Sonda kitabxanaçı Günel Kərimova bildirdi ki, bir sözlə Fikrət Əmirov Xalq musiqisinin sadəcə bəstəkarı deyil, onun keşiyində duran və qoruyan sənətkar kimi yaşayıb yaratmışdır.