22.04.2022
22.04.2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 24 saylı kitabxana filialı Şuşa şəhərinin 270 illiyi münasibətilə "Şuşanın tarixi" başlıqlı söhbət keçirdi.Tədbir iştirakçıları Azərbaycan torpaqları uğrunda şəhid olan insanların xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Kitabxanaçı Səriyyə Abbasova tədbirə bu sözlərlə başladı: 2022- ci il Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən " Şuşa ili " elan edildi. Şuşa Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşir və Azərbaycanın mədəniyyət paytaxtı olmuşdu. Həmçinin Şuşa Qarabağın döyünən ürəyi adlandırılmışdı .Şuşanın təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulmuş və xanın şərəfinə Pənahabad adlandırılmışdı. Şuşa qalası uzun illər Azərbaycanın Qarabağ xanlığının paytaxtı olmuşdu, XVIII əsrdə Şuşa şəhəri Azərbaycanın strateji əhəmiyyətli şəhərlərindən birinə çevrilmişdir. Kitabxanaçı həmçinin Şuşanı "Qafqazın sənət məbədi ", "Azərbaycan musiqisinin beşiyi" və "Zaqafqaziyanın konservatoriyası " adlanlandırılma səbəbləri haqqında ətraflı məlumat verdi.
Kitabxanaçı bu gün Şuşada gedən bərpa və quruculuq işləri haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdi.Tədbirdə iştirak edən məktəblilər Şuşa haqqında çox maraqlı suallarla müraciət etdilər. 19 saylı orta məktəbin şagirdi Mədinə Orucova Elvin Elxanoğlunun "Əziz Şuşa, sən azadsan" şeirini söylədi.Tədbirdə Şuşanın tarixi yerləri və abidələri haqqında da videoçarx nümayiş olundu.