22.04.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 12 saylı kitabxana filialı 23 aprel Kitab və Müəllif Hüquqları Günü ilə bağlı M.Ş.Vazeh adına 16 N-li orta məktəbdə "Kitab insanın mənəvi qidasıdır " başlıqlı tədbir keçirdi.İlk öncə bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu və böyük kitabxanaçı Fidan Rəcəbova bu günün mahiyyəti haqda şagirdlərə ətraflı məlumat verərək bildirdi ki, 1997-ci ildən ölkəmizdə 23 aprel Kitab və Müəllif Hüquqları Günü kimi qeyd olunur. Kitab çapının meydana gəlməsindən əsrlər ötsə də, bu gün də mənəvi sərvətimizin nəsildən -nəsilə ötürülməsində kitablar əvəzsiz vasitədir.Təsadüfi deyildir ki, kitabin meydana gəlməsi müəllif hüqüqlarının da yaranmasına səbəb olmuşdur. Kitabxanaçı şagirdlərdə kitaba maraq, oxumağa həvəs,mütaliə mədəniyyətini inkişaf etdirmək məqsədilə fondda olan kitablardan bir nəçə nümunələr apararaq sərgi təşkil etdi.Şagirdlər çox böyük həvəslə kitablarla yaxından tanış oldular.