Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Nəsimi poeziyası” adlı bədii qiraət müsabiqəsinin II mərhələsi

21.04.2018

Gəncə şəhər Mərkəzi Kitabxana Sistemində, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə Azərbaycanın böyük mütəfəkkir şairi İmadəddin Nəsiminin yaradıcılığa həsr olunmuş “Nəsimi poeziyası” adlı bədii qiraət müsabiqəsinin II-ci mərhələsi keçirildi.

Gəncə Regional Mədəniyyət və Turizm İdarəsi tabeliyində fəaliyyət göstərən Gəncə, Naftalan şəhər, Samux, Goranboy, Kəlbəcər və Xocalı rayonları üzrə keçirilən müsabiqədə 2 nəfər Gəncə şəhər 5 saylı orta məktəbin şagirdi Əliyev Eyyub Fuzuli oğlu və Goranboy şəhər 1 saylı orta məktəbin şagirdi İsgəndərli Nərmin Faiq qızı may ayında Bakı şəhərində keçiriləcək II tur üçün seçildilər.