21.04.2022
21.04.2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Qarayeri qəsəbə kitabxana filialı Qarayeri qəsəbə 1 saylı licey-məktəbdə Ümumdünya kitab və müəllif hüquqları günü münasibəti ilə 44 günlük Vətən Müharibəsində canından keçən şəhidlərə həsr olunmuş “ Memorial Vətən müharibəsi şəhidləri “ kitabının təqdimatı keçirildi. Tədbirdə Samux rayon Qarayeri qəsəbə şəhidlərinin valideyinləri Bəylərova Gülgəz, Allahverdiyeva İlhamə, Cəfərova Mətanət , Qarayeri bələdiyyəsi Ələsgərov Nizami, Qarayeri qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini Pərvanə Kazımova, Qarayeri qəsəbə klubunun müdiri Günel Həsənova, Qarayeri qəsəbə 1 saylı məktəbin müəllim və şagird kollektivi iştirak etdilər. Tədbirə başlamazdan öncə Vətənin müdafiyyəsi uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Qarayeri qəsəbə kitabxana filialının müdiri Samirə Məmmədova tədbir iştirakçılarını salamladı “ Memorial Vətən müharibəsi şəhidləri” kitabı haqda tədbir iştirakçılarına məlumat verdi. Kitabda 44 günlük Vətən Müharibəsində Vətənin azadlığı uğrunda canından keçən şəhidlər haqda geniş bioqrafik məlumat əks olunmasından danışdı. O cümlədəndə Samux rayon Qarayeri qəsəbə şəhidləri Bəylərov Seymur, Cəfərov Babək, Allahverdiyev Vüsal, Məmmədov Bayramın döyüş və həyatı yolları haqda ətraflı məlumatlarıda tədbir iştirakçılarına çatdırdı. Vətənimizin bu teleyüklü savaşında qazandığımız Qələbəyə görə, müzəffər Ali Baş Komandanımızın özünün də bütün çıxışlarında vurğuladığı kimi , ilk növbədə şəhidlərimizə borcluyuq. Bu Zəfərdə minlərlə igid Azərbaycan oğlunun misilsiz şücaəti,fədakarlığı , canı-qanı bahasına başa gəldi. TEAS Pres Nəşriyyat evinin çap etdiyi bu kitab məhz həmin qəhrəmanlarımıza-Vətən müharibəsinin müqəddəs şəhidlərinə həsr olunub. Qarayeri qəsəbə 1 saylı licey-məktəbin direktoru Bəsdi Mahmudova, tarix müəlliməsi Zərifə Məmmədova, tarix müəlliməsi Şabanova Xəyalə, dil-ədəbiyyat müəlliməsi Namazova Göyçək, Qarayeri qəsəbə bələdiyyəsi Nizami Cəfərovda öz çıxışlarında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Azərbaycan torpaqlarını erməni işğalından azad etmək üçün gördüyü böyük işlər məhz onun komandanlığı altında ölkəmizin möhtəşəm Zəfəri ilə başa çatmasına səbəb olmasından.Ulu Öndər Heydər Əliyevin işıqlı ideaların laiqli varisi və davamçısı olan cənab İlham Əliyev bu tarixi qələbə ilə torpaqlarımızın azad edilməsi ilə bağlı böyük Ata vəsiyyətini gerçəkləşdirmiş olmasından danışdılar. Tədəbir 1 saylı licey-məktəbin şagirdləri Nuriyeva Əminə “ Xuyar təsnifi”, Orucov Hüseynin ifalarında Qarabağ mahnıları oxundu, 7-a sinifin şagirləri şəhidlərə həsr olunmuş şeirləri söylədilər və şəhidlərə həsr edilmiş səhnəciklə tədbir yekunlaşdı. Allah Şəhidlərimizə rəhmət eləsin.