21.04.2022
20 aprel 2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Heydər Əliyev Mərkəzi, Mərkəzi Kitabxana və Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə "Gender bərabərliyinin qorunması" mövzusunda dəyirmi masa keçirildi. Tədbir diskussiya şəklində təşkil olunmuşdur. Tədbirdə Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Sənəm Alxasova, psixoloq Pərvin Qasımova və sosial pedaqoq Ülkər Süleymanova mövzu haqqında geniş və ətraflı məlumat verdilər. Heydər Əliyev Mərkəzinin və Mərkəzi Kitabxananın əməkdaşları mövzuya öz fikirlərini bildirdilər.