Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Kəlbəcər yurd yeri, vətən həsrəti” mövzusunda tədbir keçirilib

21.04.2022

21.04.2022-ci il tarixində Kəlbəcər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Günəşli kənd kitabxana filialının təşkilatçılığı ilə Bağırlı kənd kitabxana filial ilə birlikdə  “Kəlbəcər yurd yeri, vətən həsrəti” mövzusunda tədbir keçirildi. Tədbiri Günəşli kənd kitabxanasının müdiri Sadıqova Sevil açaraq bildirdi ki, yurdundan uzaqda olan insan üçün yurd yeri əslində nədir? İmkan tapan kimi qaçmaq istədiyin, saxta təbəssümlərdən, ətrafındakıların ürəkdən gəlməyən sözlərindən yorulanda qoynuna can atdığın, şəhərin üstünə hopmuş tozunu yurd yerinin yellərinə vermək, çay suyunda paklanmaq üçün üz tutduğun, neçə yaşında olursan-ol, ağac  kölgəsindəki qocaların yanından salam verib keçəndə uşaq olduğun müqəddəs ocaq olmasından danışdı.

Tədbirdə şair Eldar İsayev, Kəlbəcər rayon 11 saylı tam orta məktəbin müəllimi Mehparə Bayramova, Bağırlı kənd kitabxana filialının müdiri Məhsəti Məmmədova çıxış edərək bildirdilər ki, Azərbaycanın qala qapısı olan Kəlbəcər  deyəndə min bir dərdin dərmanı olan bitkilər, bir çox xəstəlikləri müalicə edən  İstisuyun göz önünə gəlməsindən, hələdə şöhrətini itirməmiş  Kəlbəcər balının ətrinin insanı valeh etməsindən və bu torpaqlara 44 günlük Vətən Müharibəsində Milli Ordumuzun  qələbəsi nəticəsində Kəlbəcərin azad olunmasından və tezliklə yurd yerlərinə  qayıdacaqlarından danışdılar.

 

161.9 KB