Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Yaradıcıdan -kitaba, müəllifdən -müəlliflik hüququna”mövzusunda ədəbi-bəddi gecə keçirilmişdir

21.04.2022

20.04.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mərkəzləşdirilmiş kitabxana sisteminin Mərkəzi Kitabxanası 23 Aprel Beynəlxalq kitab və müəllif hüquqlari günü münasibətilə "Yaradıcıdan -kitaba, müəllifdən -müəlliflik hüququna"mövzusunda ədəbi-bəddi gecə keçirmişdir.Tədbirdə Samux rayon Ağsaqqallar Şurasının Sədri Qabaqcıl Maarif Xadimi döş nişanı ilə təltif olunmuş ,Yazar Gəray Bayram, Gəncə Dövlət Universitetinin dosenti filologiya üzrə fəlsəfə doktoru Namazova Səba, Samux rayon Mədəniyyət Mərkəzinin direktoru Arif Məmişov, MİHİ Samux rayon komtiəsinin sədri Hüseyinova Maviyə ,Samux rayon Təhsil şöbəsinin əməkdaşları və digərləri iştirak etmişdir.Tədbiri giriş sözüylə açan Samux rayon MKS-nin direktoru Nəsibova Telli 23 Aprel Beynəlxalq Kitab və Müəlliflik Hüququ gununun keçirilmə tarixi ilə bağlı məlumat verdi , Azərbaycanda müəlliflik hüququ ənənələrinin ta Kitabi Dədə Qorqud dastanında Dədə Qorqudun hadisələrin sonunda boy boylaması soy soylaması ilə başladığını qeyd etdi. Bu günlə bağlı keçirilən Tədbirin məqsədi bilik mənbəyi olan və yeni bilik yaradan bir oxunan kitabın bəhrəsi olan yeni kitaba yol açan müəlliflik və müəlliflik hüququnun mədəni irsimizdəki əhəmiyyətini açıqlamaq,informasiya cəmiyyətinin formalaşmasında rolunu diqqətə çatdırmaq, Əqli mülkiyyət yaradıcılarına hörmət və ehtiramımızı bildirmək və mədəni ənənələrimizin qorunub saxlanılmasında və xüsusən erməni mənimsəmələrinə qarşı çıxmağın fəallaşmasını cəmiyyətimizin diqqətinə çatdırmaq oldugunu bildirdi. Azərbaycan kitab palatasının fəaliyyət göstərdiyi illərdən bəhs etdi .XXI əsrin informasiya əsri olduğunu vurgulayaraq günümüzdə Kitabxanaların elektron fəaliyyətini yuksək qiymətləndirdi həmçinin Ənənəvi kitabxanaların dəyərinidə vurğuladı . Heydər Əliyevin bu sahə ilə bağlı ardıcıl gördüyü tədbirlərdən danışdı. Oxuculara xidmət şöbəsinin kitabxanaçısı Əliyeva Ləman Müəlliflik hüququnun necə tənzimlənməsi,İnformasiya texnologiyalari üzrə mütəxəssis Pərvanə Qarayeva Müəlliflik hüququ son texniki nailiyyətlərdə başlıqlı çıxışlar etdilər. Samux rayon Ağsaqqallar Şurasının Sədri Qabaqcıl Maarif Xadimi döş nişanı ilə təltif olunmuş ,Yazar Gəray Bayram 1 kitabın necə çətin ərsəyə gəlməsini və muəlliflik hüququnun qorunması vacibliyini qeyd etdi.Həmçinin 90-cı illərdə hərc mərclik şəraitində kitabxana şəbəkələrinin məhv olma təhlükəsi ilə üz-üzə qaldığı lakin Ulu Öndərimiz Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycanda kitabxana quruculuğunun dirçəlməsi və bu sahədə verilən sərəncam və göstərişlərin əhəmiyyətindən ,Yazarlara göstərilən böyük qayğıdan danışdı. Gəncə Dövlət Universitetinin dosenti filologiya üzrə fəlsəfə doktoru ,Yazar Namazova Səba Kitabın necə ərsəyə gəlməsindən bu yolun çətin və şərəfli yol oldugundan bəhs etdi.Həmçinin bir yazıçı kimi bu gunun tarixi ilə baglı məlumat verdi öz kitabları olan Molla Nəsrəddin jurnalı və Gəncə Ədəbi muhiti adlı kitabı və digər müəllifi oldugu kitablar haqqında məlumat verdi, və bu sahədə Kitabxanaların üzərinə düşən məsuliyyətdən ,Kitabların oxuculara gözəl şəkildə çatdırılmasında böyük əməyi olan Kitabxanaçıların zəhmətindən bəhs etdi. Samux rayon Mədəniyyət Mərkəzinin direktoru Arif Məmişov dövlətimizə məxsus mədəniyyətimizin müxtəlif sahələrinə aid olan buna misal olaraq Naxçıvan yallısı ,milli mətbəximizin simvolu olan pilovumuzun ,tar , kamanımızın və bir sıra dövlətmizə məxsus milli mədəni nümunələrimizin ermənilərin özünküləşdirməyə çalışmasından bəhs etdi. MİHİ Samux rayon komtiəsinin sədri Hüseyinova Maviyə Kitabın bilik mənbəyi olduğunu bu günün həmdə kitabsevərlərin günü olduğunu söylədi, bu münasibətlə yazarları və oxucuları təbrik etdi. Tədbirin Bədii hissəsində Uşaq şöbəsinin və kitabxananın fəal oxucuları Əsgərova Aylin, Əlizadə Turqay ,Vəlizadə Səbuhi ,Namazov Sumqayıt Kitaba və Şuşa ilinə həsr olunan Şeirlər söylədilər. Sonda Gəncə Dövlət Universitetinin dosenti filologiya üzrə fəlsəfə doktoru Namazova Səba müəllifi olduğu Molla Nəsrəddin jurnalı və Gəncə Ədəbi muhiti ,Əli Razi Şamçızadə “Molla Nəsrəddin”də ,XXəsr Azərbaycan Ədəbiyyatı Məsələləri adlı kitablarından kitabxanaya hədiyyə etdi. Nəsibova Telli bu gün münasibətilə bütün müəllifləri və kitabsevərləri təbrik etdi və onlara yaradıcılığ sahələrində ugurlar arzuladı.

 

130.4 KB

 

88.1 KB

 

82.5 KB