21.04.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Sərkar uşaq musiqi məktəbi 20.04.2022-ci il tarixdə birincilərin "Not bayramı" keçirildi. Tədbirin əvvəlində məktəbin direktoru Səadət Məmmədbayova tədbiri açıq elan etdi. Öncə Şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi.
Sonra tədbirin aparıcısı-məktəbin şagirdi Tağıyeva Lalə bayram iştirakçılarını növbə ilə səhnəyə dəvət etdi. Tədbirdə birincilər “Notlar haqqında şeirlər" çıxış etdilər. Daha sonra "Birincilərik biz", "Qar çiçəyi" fortepianoda Kərimzadə Zəhra,Kərimzadə Ləman,Əsgərova Ofelya ,"Tbilisi haqqında mahnı"qarmonda Abbasov Yusif,Səfərov Yusif. , M.Nəsirbayov."Mahnı"fortepianoda Gözəlova Nurtac, F.Əmirov."Qatar" kamançada İsalı Emil,qanunda Hüseynzadə Aydan və Üz.Hacıbəyli "Beşik nəğməsi" fortepianoda ifadə edildi.