Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Unudulmaz sənətkar ömrü” adlı dəyirmi masa keçirilib

20.04.2022

20.04.2022 ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzi şəhər Mədəniyyət evində Azərbaycanın görkəmli  teatr  və kino aktrisası Nəsibə Zeynalovanın anadan olmasının 116 iliyinə həsr olunmuş "Unudulmaz sənətkar ömrü" adlı dəyirmi masa keçirildi.Tədbirdə Samux şəhər Mədəniyyət evinin işçiləri Əliyeva Gülşən, Əlizadə Gültəkin, Məmmədova Sənayət, şəhər 3 saylı tam orta məktəbin müəllimi Məmmədova Gülnarə və həmin məktəbin şagirdləri iştirak edirdi.Tədbiri giriş sözü ilə şəhər Mədəniyyət evinin bədii rəhbəri Əliyeva Gülşən açaraq Nəsibə xanımın unudulmaz aktyor olmasını və uzun illər Azərbaycan səhnəsinin əvəzolunmaz  aktrisası  kimi  bütün rolları  tamaşaçılar tərəfindən maraqla  izlənməsini, onun xalq tərəfindən sevə- sevə yada salınmasını, film və tamaşalarının bu günə kimi populyarlığını saxladığını qeyd etdi.Tədbirin davamında şəhər Mədəniyyət evinin kütləvi iş təşkilatçısı Məmmədova Sənayət çıxışında  Nəsibə Zeynalovanın xüsusilə Cənnət xala, Nargilə, Züleyxa rollarının zəngin ifadə vasitələri, yumorun milliliyi , təbii reallığı ilə səhnəmizin nadir inciləri sırasında durduğunu söylədi.

 

104.7 KB

 

101.6 KB