Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Biz  gedərik qoca dünya qalandı” başlığı altında şeir saatı keçirilib

20.04.2022

20.04.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon MKS-nin Mərkəzi Kitabxananın Uşaq şöbəsi Xalq şairi Məmməd Rahimin 115 illiyi ilə bağlı “Biz  gedərik qoca dünya qalandı” başlığı altında şeir saatı keçirildi. Kitabxanaçı Zəminə Məmmədova şagirdlərə Azərbaycan xalq şairi, yazıçısı Məmməd Rahimin həyat və yaradıcılığı haqqında ətralı məlumat verdi.

Məmməd Rahim Azərbaycan ədəbiyyatında öz dəstxətti olan Azərbaycan şairi,  Azərbaycan Əməkdar incəsənət  xadimidir.

 Şöbə müdiri Venera Məmmədova şagirdləri Məmməd Rahimin şeirlərindən, əsərlərindən ibarət bir neçə kitabları ilə yaxından tanış etdi. Azərbaycan ədəbiyyatına “Xəqani” mənzum dramı,       “Sayat Nova”, “Natəvan” poemaları kimi əvəzolunmaz  töhfələr bəxş etmişdir. “Arzu qız”, “Vətən sevgisi”, “Səhərin nəğməsi”, “Balaca bağbanlar” və s. Bu əsərlər Məmməd Rahimin maraqlı əsərlərindəndir. Şağirdlər şairin əsərlərindən maraqlı sitatlar gətirdilər, şeirlər söylədilər.                                                                                                           

 

142.8 KB