Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Vətən sevgisi”adlı kitab xülasəsi keçirilib

20.04.2022

20.04.2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mərkəzləşdirilmiş Kitabxana sisteminin Qiyaslı kənd kitabxana filialı xalq şairi Məmməd Rahimin anadan olmasının 115 illiyi münasibəti ilə "Vətən sevgisi"adlı kitab xülasəsi keçirdi.Tədbirdə məktəbli oxucular iştirak edirdi.Kitabxanaçı Cəfərova Günel tədbiri açaraq,oxucuları salamladı.Sonra o,qeyd etdi ki,20-ci əsr Azərbaycan ədəbiyyatının inkişafında xüsusi xidmətləri olan M.Rahim ədəbi yaradıcılığa 20-ci illərin ortalarında başlamışdır.Həmin dövr xalqımızın tarixinə inqilabi ruhu,həyatı,insanı yenidənqurmaq uğrunda aparılan mübarizə,ictimai-siyasi döyüş illəri kimi daxil olub.İlk şeirlər kitabına daxil olan "Vətən sevgisi"kitabı maraqla qarşılandı,onu istedadlı bir şair kimi tanıtdı.Kitabdakı şeirlərin əksəriyyətini həyat özü diktə edirdi.Vətən sevgisi şairi cəbhələrə,ordu hissələrinə apardı.O,öz alovlu çıxışları ilə,həyacanlı misraları ilə əsgərləri faşizm üzərində tarixi qələbə uğrunda əzm və hünərlə vuruşmağa çağırdı.M.Rahimin"Vətən sevgisi"kitabına daxil olan şeirləri təkcə cəbhədə mətanətlə vuruşan əsgərlərin qəhrəmanlığını deyil,xalqımızın öz döyüşçülərinə bəslədiyi qayğı,şəfqət və mehribanlığı,cəbhə və arxanın vəhdəti canlı həytı səhnələrlə əks etdirirdi.Bu şeirlərdə gözləri yol çəkən,hər qara xəbərdən sarsılmayan analarımızın,qardaşlarını cəbhəyə yola salarkən onlara xeyir-dua verib "yaxşı yol"arzulayan bacıların,gündüzləri tarlalarda dəzgah dalında yorulmadan işləyən,gecələr isə beşik başında oturub ərinə əlcək,köynək toxuyan gəlinlərin unudulmaz surətini yaratmışdır.Sonda oxucular M.Rahimin əsərlərindən ibarət sərgi ilə tanış oldular.

 

68.1 KB