20.04.2022
Beynəlxalq tarixi abidələrin qorunması günü ilə əlaqədar olaraq "Tariximizi və adət ənənələrimizi qoruyaq" mövzusu altında 19.04.2022-ci il tarixində Nizami Gəncəvi Muzeyində debat təşkil edildi.Debatda AMEA nın Folklor İnstitutu Musiqi folkloru şöbəsinin müdiri sənətşünaslıq doktoru professor Nailə Rəhimbəyli , AMEA nın Gəncə bölməsi Nizami Gəncəvi Mərkəzi filologiya üzrə fəlsəfə doktoru , AMEA nın Gəncə bölməsi Humanitar Tədqiqatlar İnstitunun Ədəbiyyat şöbəsinin müdiri Ruziyyə Quliyeva iştirak etdilər.Tədbir zoom proqramı vasitəsilə də nümayiş olundu.Qonaqlar abidələrimizin qorunmasından və dahi mütəffəkkir Nizami Gəncəvi yaradıcılığından məlumat verdilər.