Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Şanlı vətənin qəhrəman övladı Əhməd Cavad” başlıqlı kitab xülasəsi keçirilib

20.04.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 13 saylı kitabxana filialı 20.04.2022-ci il tarixdə Azərbaycan şairi, tərcüməçi, professor Əhməd Cavadın 130 illiyi ilə əlaqədar "Şanlı vətənin qəhrəman övladı Əhməd Cavad" başlıqlı kitab xülasəsi keçirdi.Kitabxanaçı Könül Qafarova tədbiri açıq elan edərək, Əhməd Cavadın həyat və yaradıcılığı haqqında qısa məlumat verdi.Kitabxanaçı xüsusi qeyd etdi ki, Cümhuriyyət deyilən zaman hər şeydən əvvəl Əhməd Cavad yada düşür.Üçrəngli poeziya bədii yaddaşa ilk öncə məhz onun qələmi ilə həkk olunmuşdur.Milli oyanış, xalq hərəkatı, türk xalqlarının birliyinə çağırış, xalqın yaddaşına qayıdış kimi duyğular Əhməd Cavad şeirlərinin ruhuna hopmuşdur.
Kitabxanaçı kitabxananın fondunda olan kitblardan "Sən ağlama mən ağlaram", "Haqq bağıran səs", "Seçilmiş əsərləri" kitablarının xülasəsini etdi.Hər bir kitab haqqında  ayrı-ayrılıqda geniş məlumat verildi.Tədbirin davamında Gəncə Dövlət Universtitetin Nəzdində Humanitar Kollecin bir qrup tələbələri şairin "Çırpınırdı qara dəniz", "Azərbaycan bayrağına", "Şükriyyəm üçün" şeirlərini səsləndirdilər.

 

83.9 KB