20.04.2022
20-4-2022 ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mərkəzləşdirilmiş kitabxana sisteminin Tap Qaraqoyunlu kənd filial kitabxanasının və Tap Qaraqoyunlu kənd mədəniyyət evinin birgə təşkilatçılığı ilə Görkəmli oftalmoloq alim Akademik Zərifə Əliyevanın anadan olmasının 99 - cu il dönümünə həsr olunmuş "Nur saçan ömür" adlı" dəyirmi masa keçirildi.Tədbiri baş kitabxanaçı Leyla Mikayılova açaraq dedi.Azərbaycan xalqının müasir tarixində və insanların qəlbində xüsusi yeri olan Zərifə xanım Əliyeva haqqında danışmaq, şərəfli ömür yoluna nəzər salmaq və ümumiyyətlə o böyük insanın xalq qarşısındakı xidmətlərindən qürur duyuruq.Tap Qaraqoyunlu kənd həkim məntəqəsinin həkimi Şamama Qarayeva çıxış edərək Görkəmli alimin oftalmologiya sahəsində qazandığı nailiyyətlərdən danışdı.Akademik Zərifə xanım Əliyeva Respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə böyük şöhrət qazanmışdır.Onun elmi- pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərmişdir.