18.04.2018
18.04.2018-ci il tarixində Gəncə şəhər MKS-nin 6-saylı Gənclər kitabxanasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Şanlı Cümhuriyyət ilimiz!” adlı sərgi keçirildi. Tədbirdə tələbə və şagirdlər, kitabxananın fəal oxucuları iştirak edirdi. Kitabxananın müdiri Məryəm Məmmədova tədbiri Azərbaycan Xalq Cümhuriyyəti XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin nəticəsi kimi yarandı.
1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal bəyannaməsi qəbul edildi. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanları daxilində şərəflə yerinə yetirdi. Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün cəmi 23 ay yaşasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı.1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi. Xalqımız Cümhuriyyətin istiqlalını dünyaya yaydığı 28 May gününü həmin vaxtdan Respublika günü olaraq təntənə ilə qeyd edir. Kitabxanaçı Xəyalə İsmayılova sərgidə nümayiş olunan “Azərbaycan Xalq Cümhuriyyəti Ensklopediyası” I- ci və II-ci cild, M,Ə. Rəsulzadə “Azərbaycan Cümhuriyyəti”, M.Ə. Rəsulzadə “Əsrimizin Səyavuşu”, “Çağdaş Azərbaycan ədəbiyyatı”, “Çağdaş Azərbaycan tarixi”, “D.Mehdizadə “Azərbaycan XXəsrin əvvəllərində”, “Müstəqilliyə aparan yollar”, “Müstəqil Azərbaycan” və s.kitablar haqqında xülasə ilə ətraflı çıxış etdi.