20.04.2022
20.04.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzində Nəsibə Cahangir qizi Zeynalovanin 106 illik yubileyi ilə əlaqədar "Unudulmaz sənətkar" adlı dəyirmi masa təşkil olundu.
Tədbirdə Samux rayon Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Məmişov Arif və Mədəniyyət Mərkəzinin kollektivi iştirak etdi.Tədbiri Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Məmişov Arif açdi. O, bildirdi ki, Nəsibə Zeynalova 20 aprel 1916-cı ildə Bakıda doğulub. Atası Kərbəlayı Cahangir, Bakıda anadan olub və tanınmış tacir və eyni zamanda aktyor idi. Azərbaycan milli realist aktyor məktəbinin banisi məhz Cahangir Zeynalov olub. İlk və yegane övladı olanda arzu edib ki, qızı onun sənətini davam etdirsin.Yaradıcılığının mayası gülüş və musiqi ilə yoğrulmuş Nəsibə xanım orta məktəbdən rəqqasəlik etmiş, milli oyun havalarının mürəkkəb və lirik incəliklərinə yiyələnmişdir. 1934-cü ildən mövsümi fəaliyyət göstərən səyyar Kolxoz və Sovxoz Teatrında aktrisa işləməyə başlayib. Bir il burada aktrisalıq edən Nəsibə xanım 4 aprel 1938-ci il-də yenicə yaranan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına birinci dərəcəli aktrisa götürülüb. Həmin il Bakı Teatr Məktəbinə daxil olaraq aktyorluq təhsili alıb.
Sonra söz Mədəniyyət Mərkəzin kütləvi iş təşkilatçısı Verdiyeva Afərimə verildi. O, qeyd etdi ki, Nəsibə Zeynalovanın obrazları həyatiliyi və real bədii təsvirləri ilə həmişə orjinal görünüb. Xüsusilə, Cənnət xala, Nargilə, Züleyxa rolları zəngin ifadə vasitələri, yumorun milliliyi, təbii reallığı ilə səhnəmizin nadir inciləri sırasında durur. Aktrisa gözlənilməz, ancaq mənalı və ifadəli, dadlı və şirəli ifadə vasitələrilə cilvələnən improvizənin mahir ustasi idi. Nəsibə xanım klassik operettalarda obrazın sözlərinə qarşı çox həssas idi və təhrifə, yaxud əlavəyə qətiyyən yol verməzdi. Aktrisa məişət yumorunu incə ştrixlərlə ictimai-sosial mahiyyətə yönəldərdi. Nəsibə xanim "Azərbaycan SSR əməkdar artisti" fəxri adı, "Azərbaycan SSR xalq artisti" fəxri adı, Azərbaycan SSR Dövlət mükafati, "Şərəf nişanı" ordeni və s mükafat və ordenlərlə təltif olunmuşdur. Nəsibə Zeynalova 10 mart 2004-cü ildə Bakıda vəfat edib. Fəxri xiyabanda dəfn olunub.