Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Sən ey nazənin gözəllər şahı” adlı kitab sərgisi və söhbət təşkil edilib.

19.04.2022

      Gəncə Regional Mədəniyyət İdarəsinin Samux rayon Seyidlər kənd kitabxana filialı və Seyidlər kənd tam orta məktəbi ilə birgə 19.04.2022-ci il tarixində görkəmli şair Molla Pənah Vaqifin anadan olmasının 305 illiyinə həsr olunmuş “Sən ey nazənin gözəllər şahı” adlı kitab sərgisi və söhbət təşkil edilib.

Tədbirdə Seyidlər kənd kitabxana filialının müdiri Məmmədova Xatirə məktəbli oxuculara XVIII əsr Azərbaycan şairi, məşhur siyasi və ictimai xadim, Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin baş vəziri Molla Pənah Vaqifin həyat və yaradıcılığı haqqında məlumat verib.

O, qeyd edib ki, şair həm klassik üslubda, həm də xalq yaradıcılığı üslubunda şeirlər yazıb. Onun yaradıcılığında məhəbbətin tərənnümü mühüm yer tutur.  Sənətkarın lirik qəhrəmanları gerçək məhəbbət duyğularını yaşayan konkret insanlardır. Onların sevdikləri isə bəzən dəqiq adları göstərilən real gözəllərdir.

Sonra çıxış üçün Seyidlər kənd tam orta məktəbin Ədəbiyyat müəllimi Məmmədova Türanəyə söz verildi.

O, çıxışında bildirdi ki, Molla Pənah Vaqif öz ənənələri ilə seçilən ədəbi məktəb yaratmış ölməz sənətkardır.  Azərbaycan şeiri Vaqifin sayəsində tarixinin növbəti mərhələsinə qədəm qoymuşdur. Onun klassik bədii fikir salnaməmizin parlaq səhifələrindən birini təşkil edən irsi müasir dövrdə də insanların əxlaqi-mənəvi kamilləşməsinə xidmət göstərir. Azərbaycan tarixinə həmçinin siyasi xadim kimi daxil olan Vaqif taleyüklü məsələlərin həllində müdriklik və uzaqgörənlik nümayiş etdirmişdir.

Molla Pənah Vaqif şərq poeziyasının bütün klassik formalarından istifadə eləsə də, onun yaradıcılığında əsas yeri qoşma janrı tutub və o, heca vəznində Azərbaycan poeziyasının bir çox parlaq nümunələrini yaradıb. Onun yaradıcılığında məhəbbətin tərənnümü mühüm yer tutur. Təsadüfi deyildir ki, Vaqif öz ədəbi məktəbini sadəlik, xəlqilik, nikbinlik kimi əlamətlərlə ölməzlik qazanan qoşmalarla yaratmışdır.

Sonda oxucular sərgi ilə tanış olublar və Molla Pənah Vaqif poeziyasından şeirlər səsləndiriblər.

 

74.4 KB