19.04.2022
19.04.2022 -ci ildə tarixində Kəlbəcər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Dalqılınclı kənd kitabxana filialının təşkilatçılığı ilə Alçalı kənd kitabxana filialı ilə birlikdə Şuşa ilinin elan olunması ilə əlaqədar olaraq “Şuşa Qarabağın döyünən ürəyidir” başlığı altında tədbir keçirildi. Tədbiri Dalqılınclı kənd kitabxana filialının müdiri Süleymanova Xanım çıxış edərək bildirdi ki, Şuşa şəhəri zəngin və şanlı tarixi keçmişə malikdir. Azərbaycan xalqının tarixi ənənələrinin simvolu olan Şuşa qədim Xocalı-Gədəbəy mədəniyyətinin əhatə dairəsinə daxil olan ən qədim yaşayış yerlərindən birində yaranıb və daimi insan məskəninə çevrilib. Şuşa ətrafındakı qədim yaşayış yerləri, o cümlədən məhşur Cıdır düzündəki Şuşa mağarası bu ərazinin Azərbaycanda ən qədim insan düşərgələrindən biri olmasından danışdı.
Tədirdə 44 günlük Vətən Müharibəsinin iştirakçısı, qazi Azadov Nurlan, 44 günlük Vətən Müharibəsinin şəhidi Qabil İsmayılovun həyat yoldaşı Qabilova Nəsibə, Kəlbəcər rayon Arxiv İdarəsinin müdiri Sadıqov İbrahim, Access Bankın Gəncə filialının işçisi Həsənova Pərvanə çıxış edərək bildirdilər ki, Azərbaycan hərbçiləri Şuşaya girmək üçün çətin də olsa, qarşı tərəfin ağlına belə gəlməyən sıldırım qayalara dırmaşmaqla qalxmasından, erməni ordusu isə bütün gücünü şəhər istiqamətindəki əsas yollara cəmləməsindən, zülmət qaranlığa qərq olmuş ətraf, Laçına davamlı hücumlar və erməni əsgərlərinin uğursuz fəaliyyəti Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələrinin Şuşanın müdafiəsini yarmağa imkan verməsindən danışdılar. Kəlbəcər rayon Bəhman Cəfərov adına 1 saylı tam orta məktəbin şagirdləri hərbi vətənpərvərlik mövzusunda şeirlər söylədilər.