20.04.2018
Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Goranboy rayon MKS-nin Oxu zalında görkəmli oftolmoloq Zərifə xannım Əliyevanın anadan olmasının 95 illik yubileyi münasibətilə “Böyük qəlbin işığında” adlı dəyirmi masa keçirildi.
Tədbiri Oxu zalının müdiri Sevda Əliyeva açaraq, akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti haqqında ətraflı məlumat verdi. Mərkəzi Kitabxananın əməkdaşı Dürdanə Bayramova “Böyük qəlbin işığında” başlıqlı məruzə ilə çıxış etdi. Sonra Oxu zalının müdiri Sevda Əliyeva, 1 saylı klubun müdiri Nazilə Kazımova, 2 saylı klubun müdiri Sevda Məmmədova məruzə ətrafı çıxışlar etdilər. Çıxışlarda qeyd olundu ki, bu böyük insanın keçdiyi şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Tədbirin sonunda iştirakçılar “Zərifə Əliyeva-95” başlıqlı sərgi ilə tanış oldular.