18.04.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 4 saylı kitabxana filialı 18.04.2022-ci il tarixdə 18 Aprel Beynəlxalq Abidələr və Tarixi Yerlərin Mühafizəsi günü ilə əlaqədar "Gəncənin tarixi abidələri" başlıqlı sərgi təşkil etdi. Kitabxanaçı Gülarə Ələkbərova iştirakçılara bu günkü günün mahiyyəti haqda məlumat verdi. UNESCO- nun abidələrin və diqqətəlayiq yerlərin mühafizəsi məsələləri üzrə Beynəlxalq Şuranın 1983-cü ildə qəbul edilmiş qərarı əsasında qeyd olunur. Əsas məqsəd dünya ictimaiyyətinin diqqətini maddi-mədəniyyət abidələrinin qorunmasına yönəltməkdir. Hazırda dünyada minlərcə abidə məhv olmaq təhlükəsindədir. Bu baxımdan Beynəlxalq Abidələr və Tarixi Yerlər gününün təsis olunmasının böyük əhəmiyyəti var. Bu günün əsas məqsədi cəmiyyət arasında mədəni irsin insan həyatındakı rolunu təbliğ etmək, milli-mənəvi dəyərləri qoruyub saxlamaq və irsin mühafizəsi istiqamətində imkanları səfərbər etməkdir.
Sonra tədbir iştirakçıları təşkil olunmuş sərgi ilə yaxından tanış oldular.