Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

 “Gəncənin tarixi abidələri” adlı söhbət keçirilib

18.04.2022

18.04.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 11 saylı kitabxana filialı  Tarixi abidələrin Mühafizəsi günü ilə bağlı  “Gəncənin tarixi abidələri” adlı söhbət keçirdi.
Tədbiri filialın böyük kitabxanaçısı Elyanora Adıgözəlova açaraq bildirdi ki, bu gün YUNESKO-nun abidələrin və diqqətə layiq yerlərin mühafizəsi məsələləri üzrə Beynəlxalq Şurasının 1983-cü ildə qəbul edilmiş qərarı əsasında qeyd olunur. Məqsəd dünya ictimaiyyətinin diqqətini maddi-mədəniyyət abidələrinin qorunmasına yönəltməkdir.
      Tarixi abidələr – məqbərələr, saraylar, məbədlər, məscidlər, qəbiristanlıqlar, körpülər, ovdanlar, günbəzlər, minarələr və s. tarixi keçmişimizin maddi yadigarlarıdır. Onlar zamanın sərt sınaqlarına sinə gərərək bu günümüzə gəlib çatmışlar.
      28 il işğal altında olan, 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində azad edilən əhəmiyyətli mədəni-tarixi abidələrimiz – Azıx və Tağlar mağaraları da dünyanın ən qədim insan yaşayan məskənlərindəndir. YUNESKO-nun siyahısına düşmüş bu mağaralardan tapılmış maddi mədəniyyət nümunələri hələ 1981-ci ildə Parisin İnsan muzeyində “Avropanın ilk sakinləri” adlı sərgidə nümayiş etdirilir.
      Azərbaycan tarixində ilk dəfə olaraq Şirvanşahlar saray-kompleksi və Qız qalası da daxil olmaqla, İçərişəhər Dövlət Tarixi-Memarlıq Kompleksi YUNESKO-nun “Dünya mədəniyyəti irsi” siyahısına daxil edilib.
Tədbirdə Azərbaycan Texnologiya Universitetinin tələbələri və kitabxananın fəal oxucuları iştirak etdi.

 

158 KB

 

158 KB