Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Vətən uğrunda tarix yazanlar ” adlı görüş keçirilib

18.04.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər  Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı filialı 18. 04. 2022 ci il tarixində  II Qarabağ müharibəsi şəhidi Quliyev Hüseyin  Həsən oğlunun ailəsi ilə  “Vətən uğrunda tarix yazanlar ” adlı görüş keçirdi. Görüşdə şəhidin atası Həsən Quliyev, anası Gülxar Quliyeva, bacıları Mədətova Gülnar, Quliyeva Günel, yaxınları, qonşuları, təhsil aldığı 4 saylı  orta məktəbin müəllim və şagird kollektivi, şair  Zahir Şirani, şairə Aləmzər Əlizadə, Mərkəzləşdirilmiş Kitabxana sisteminin  direktor əvəzi Fəridə Qədimova, metodist Rəqibə Rüstəmova və müxtəlif oxucu  qrupları iştirak edirdilər. Tədbiri  1 saylı kitabxana filialının böyük kitabxanaçısı Kərimzadə Lalə açaraq tədbir iştirakçılarını salamladı. İlk öncə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi, Azərbaycanın dövlət himni 4 saylı məktəbin şagirdləri tərəfindən səsləndirildi.Və sözü 1 saylı kitabxana filialının müdiri Züleyxa Məlikovaya verdi. O, öz çıxışında Quliyev Hüseynin həyat və döyüş yolundan,ölkəmizdə şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdan danışdı.Çıxış edənlər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük vətən müharibəsində qazanılan şanlı qələbədən, ordumuzun qüdrətindən, şəhidlərimizin qəhramanlıqlarından danışdılar. 1 saylı filialın kitabxanaçısı Əliyeva İlhamə öz çıxışında qeyd etdi ki, hər birimizin vətəndaşlıq borcudur ki, şəhidlikləri ilə qələbə sevinci yaşadan bu oğullarımızı daim qəlbimizdə yaşadaq.4 saylı məktəbin şagirləri  şəhidlərin həyat və yaradıcılığından bəhs edən ədəbi-bədii kompozisiyalar  nümayiş etdirdilər və şəhidlər haqqında şeirlər söylədilər. Kitabxanın oxu zalında şəhid Quliyev Hüseyinin ”Vətən uğrunda tarix yazanlar” başlığı altında sərgisi təşkil edilmişdi.Sərgidə şəhidimizin hərbi forması, medalları, diplomları, və ona aid olan digər materiallar əks edilmişdir.Mərkəzləşdirilmiş kitabxana sisteminin direktor əvəzi Fəridə Qədimova şəhidin ailəsinə  və yaxınlarına Allahdan səbir dilədi və qeyd etdi ki, illər keçsədə şəhidlərimiz həmişə hər bir Azərbaycanlının qəlbində əbədi  yaşayacaq. Şəhid qanı axmayan torpaqdan vətən olmaz. Bizim xalqımız Vətəninə, torpağına bağlı qəhrəmanlar yetişdirən xalqdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin.Şəhidlər ölməz, vətən bölünməz!

 

80.7 KB

 

89.9 KB