Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Şuşa Mədəniyyət beşiyi” adlı sərgi keçirilib

18.04.2022

18.04.2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Qiyaslı kənd filialı Respublika Prezidentinin sərəncamı ilə 2022-ci ilin"Şuşa ili" elan edilməsi ilə əlaqədar "Şuşa Mədəniyyət beşiyi" adlı sərgi keçirdi.Tədbirdə kitabxananın fəal oxucuları iştirak edirdi. Kitabxanaçı Cəfərova Günel məlumat verərək bildirdi ki, Şuşa şəhərinin təməli 1752-ci ildə Pənahəli xan tərəfindən qoyulmuşdur. Bu il ölkəmiz Şuşanın 270-ci ildönümünü təntənəli şəkildə qeyd edəcək.1992-ci ildən bəri işğal altında olmasına baxmayaraq Şuşa öz Azərbaycan ruhunu saxlaya bildi. 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük vətən müharibəsində 8 noyabrda qüdrətli ordumuz tərəfindən azad edilən Şuşaya gələn hər bir insan görür ki, vandalizmə məruz qalan şəhər qamətini, əzəmətini saxlaya bilib. Bundan sonra Şuşa bütün dünyanın diqqətini öz füsnkar gözəlliyi ilə cəlb edəcək. Daha sonra oxucular sərgi ilə tanış oldular. Sərgidə Şuşada yaşayıb yaradan yazıçı və şairlərin əsərləri, görkəmli xanəndələr haqqında əsərlər öz əksini tapmışdı. Sonda kitabxanaçı oxucuların suallarını cavablandırdı.

 

80.1 KB