Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Əsirlikdən azad edilmiş abidlərimiz” mövzusunda tədbir keçirilib

18.04.2022

18.04.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Heydər Əliyev Mərkəzində "18 Aprel Beynəlxalq abidələr və tarixi yerlər günü" ilə əlaqədar olaraq "Şuşa ili" çərçivəsində Qarabağda erməni vandalizminin qurbanı olmuş tarixi abidlərimizə həsr olunmuş "Əsirlikdən azad edilmiş abidlərimiz" mövzusunda tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova Qarabağda erməni vəhşiliyinə məruz qalmış tarixi abidələrimiz haqqında geniş danışdı. O Şuşa qalasına sancılan Zəfər bayrağımızın illər sonra Şuşa qalasından dalğalanmağın nə qədər sözlə ifadə edilməyəcək qədər möhtəşəm hiss olduğunun əzəmətindən danışdı. Daha sonra çıxış üçün söz alan Samux rayon Təhsil Şöbəsinin metodisti Rəna Əsgərova, Mərkəzin əməkdaşları Gülay Namazova, Zenfira Qılıcova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müharibədən sonrakı dövrdə ilk tarixi abidələrə göstərdiyi həssaslığı, Molla Pənah Vaqifin türbəsinin, Ağdam məscidinin və s. bərpasından, Bülbülün, Xan qızı Natavanın güllələnmiş heykəllərinin yenidən bərpa edilərək aid olduqları Qarabağ torpağına geri qaytarmağı və başqa nüansları tədbir iştirakçılarının nəzərinə çatdırdılar. Tədbirin sonunda Şuşanın işğaldan öncəki, işğal dönəmi və Zəfərdən sonrakı vəziyyətini əks etdirən sənədli film izlənildi.

 

188.9 KB