18.04.2022
Goranboy rayon Dövlət Rəsm Qalereyası Goranboy rayon Abidə mühafizəçilərinin birgə təşkilatçılığı ilə 18 aprel Beynəlxalq Abidələr gününə həsr olunmuş tədbir təşkil edilmişdir. Tədbirdə abidələrə aid foto şəkillər nümayiş olundu. Qalereyanın direktoru Çinarə Abdullazadə Goranboy rayon üzrə baş mütəxəsis Dilbər Xəlilzadə və Akif Mustafayev, Mədəniyyət Mərkəzinin direktoru Arzu Əliyev çıxış edərək bildirmişdir ki, Aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Abidələr və tarixi yerlər öz görkəmləri ilə xalqlara hər an kimliyini, nəyə qadir olduğunu xatırladır, vətən sevgisi və ona sadiqlik hisslərini aşılayır.Ölkəmizdə də yaşı əsrləri və minillikləri əhatə edən tarixi abidələr mövcuddur. Azıx mağarasından tapılmış qədim insanın çənə sümüyü, Qobustanda aşkar edilmiş yaşayış məskənləri Azərbaycanda ən qədim dövrlərdən insanların məskunlaşdığını təsdiqləyir.Tarixi abidələrimizin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ölkə daxilində və xaricində böyük işlər həyata keçirirlər