Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tarixi Abidələrin Mühafizəsi Günü ilə əlaqədar informasiya saatı keçirilib

18.04.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialı
18.04.22 - ci il tarixdə Tarixi Abidələrin Mühafizəsi Günü ilə əlaqədar informasiya saatı keçirdi.Tədbiri kitabxananın müdiri Natella Hacıyeva aparırdı.Kitabxanaçı qeyd etdi ki,29 il əvvəl Şuşa şəhəri Azərbaycanın tarixi - mədəni mərkəzlərindən biri olub,şəhərin ərazisi qədim abidələrlə zəngin idi.
Bildiyimiz kimi 1992 - ci ilin mayın 8 - də Şuşa erməni işğalçıları tərəfindən işğal edilmiş və şəhərdəki bütün tarixi mədəniyyət abidələri yerlə- yeksan edilmişdir. Kitabxanaçı bildirdi ki, Dövlət başçımız Şuşa işğaldan azad olunduqdan sonra Şuşaya səfərləri zaman bu şəhərin və abidələrin tezliklə bərpa ediləcəyini bildirmişdir.Mədəniyyət naziri, Anar Kərimov çıxışında bildirib ki, invertarlaşdırma aparılıb və Şuşada 210 tarixi-mədəni abidə aşkar edilib və hal hazırda bu sahədə böyük bərpa işləri aparılır.Molla Pənah Vaqifin məqbərəsi ,Aşağı Göhvər ağa, Yuxarı Göhvər ağa,Saatlı məscidlərinin bərpa işlərini Heydər Əliyev fondu öz vəsaiti hesabına bərpa edir. Ümid edirik ki,yaxın vaxtlarda Şuşanın bütün tarixi abidələri bərpa edilib öz əvvəlki  görkəminə qaytarılacaq,Şuşa həqiqətən Azərbaycanın Mədəniyyət Paytaxtı olacaq.

 

60.5 KB