18.04.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Abonement şöbəsində 18.04 2022 –il tarixdə I Qarabağ müharibəsində şəhid olan Azərbaycanın Milli Qəhrəmanı Rasim İbrahimovun anadan olmasının 60 illiyi ilə bağlı “Şəhidlərimizi tanıyaq və tanıdaq” adlı söhbət keçirildi.
Tədbirdə ilk öncə 44 günlük müharibədə şəhid olanların ruhu 1dəqidəlik sükütla yad edildi. Tədbiri açan kitabxanaçı İlahə Nəbizadə şəhidin keçdiyi qısa şərəfli yol haqqında məlumat verdi və bildirdi ki, İbrahimov Rasim 18 aprel 1962-ci ildə Bakı şəhəri Əzizbəyov rayonunun Çilov adasında neftçi ailəsində anadan olmuşdur. 1992-ci ildə o Füzuli rayonunun cəsur oğulları ilə birlikdə könüllü özünümüdafiə taboru yaradır, tabor 1992-ci il 26 iyun Tuğ kəndi uğrunda döyüşə girir. Onlarla erməni quldurunu məhv edən döyüşçülər digər dəstənin gəlib çatmamasından mühasirəyə düşürlər. Ermənilərə təslim olmayan Rasim İsmayılov "Azərbaycan zabiti heç vaxt düşmənə təslim olmayacaq!"