17.04.2018
17.04.2018-ci il tarixdə Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsində görkəmli ingilis yazıçısı Mayn Rid Tomasın anadan olmasının 200 illiyi münasibətilə “Başsız atlı” romanının müzakirəsi keçirildi.
Şöbənin kitabxanaçısı Kifayət Sadıqova ilk əvvəl uşaqlara mütaliənin insan həyatında böyük rola malik olmasından danışdı. Bildirdi ki, kitab geniş elm və bilik dünyasına açılan bir pəncərədir. Mütaliə uşaqların dərs həyatındakı müvəffəqiyyəti gücləndirən başlıca amillərdəndir.
Sonra Kifayət xanım iştirakçılara yazıçının həyat və yaradıcılığı haqqında məlumat verdi. Qeyd etdi ki Mayn Ridin bir çox əsərləri Amerika həyatından bəhs edir. Belə əsərlərdən biri də “Başsız atlı” romanıdır. Əsər Mayn Rid tərəfindən 1865-cı ildə Vəhşi Qərb mövzusunda yazılmışdır. Romanda gənc qızı sevən iki gəncin mübarizəsi ilə yanaşı,ABŞ həyatının müstəmləkəçilik siyasəti, qul alverinin dəhşətləri, Amerika hindularının həyatı təsvir edilir. Kifayət Sadıqova əsər haqqıda ətraflı məlumat verdikdən sonra uşaqlarla maraqlı müzakirə apardı. Musayeva Fidan əsərin əsas sujet xəttininn sirli bir qətldən söhbət getməsindən, Məmmədov Fazil əsrin baş qəhrəmanı mustanger Moris Ceraldın məşhur vəhşi at ovçusu olmasından,Qurbanov Rəsul Kassi Kolxaunsanın nəyə görə Moris Ceraldın özünə rəqib görməyindən və Əliyeva Yeganə isə ən nəhayət başsız atlının necə peyda olması haqqında geniş təhlillər apardı. Eyni zamanda müzakirə boyunca “ Başsız atlı” filmindən bəzi fraqmentlər izlənildi.
Tədbirdə kitabxananın fəal oxucuları iştirak etdi.