18.04.2022
18.04.2022-ci il tarixdə Naftalan şəhər Tarix-Diyarşünaslıq Muzeyində muzey və Mərkəzi Kitabxananın işçilərinin iştirakı ilə "Beynəlxalq Abidələr və Tarixi Yerlər günü" mövzusunda tədbir keçirildi. Tədbirdə muzeyin direktoru çıxış edərək Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının yaranma tarixindən və yaranma səbəblərindən, dünyada son zamanlar gedən müharibələrin yaratdığı dağıntıların və onun tarixi yerlərə vurduğu ziyanlardan söhbət açdı. Daha sonra muzey baxıcısı E. Abbasova çıxış edərək Qarabağ uğrunda gedən döyüşlərdə erməni silahlı qüvvələri tərəfindən Azərbaycanın tarixi yerlərinə dəymiş zərərdən söhbət açdı.