18.04.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 24 saylı kitabxana filialı 32 saylı tam orta məktəbdə "Tarixləşən daş yaddaşımız" adlı söhbət keçirdi. Tədbirdə məktəbin coğrafiya müəllimi Sevda Qasımova və həmin məktəbin şagirdləri iştirak etdilər.Tədbiri giriş sözü ilə filialın böyük kitabxanaçısı Təranə Aslanova açaraq bildirdi ki, 18 aprel dünya Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur .Bu əlamətdar gün Tarixi yerlər və abidələrin Mühafizəsi Şurasının təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub.Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir. Abidələr və tarixi yerlər öz görkəmləri ilə xalqlarına hər an kimliyini, nəyə qadir olduğunu xatırladır, vətən sevgisi və ona sadiqlik hisslərini aşılayır.Ölkəmizdə də yaşı əsrləri və minillikləri əhatə edən tarixi abidələr mövcuddur. Azıx mağarasında tapılmış qədim insanın çənə sümüyü, Qobustanda aşkar edilmiş yaşayış məskənləri Azərbaycanda ən qədim dövrlərdən insanların məskunlaşdığını təsdiqləyir. Orta əsrlərə aid abidələr Qız qalası, Möminə Xatun türbəsi, Qarabağlar, Gülüstan, Allah -Allah türbələri, Şirvanşahlar sarayı, Şəkixan sarayı, Şuşa şəhərinin abidələri, Gəncə şəhərinin abidələri və s. nəinki Şərq hətta dünya memarlığının ən gözəl incilərindəndir. Tarixi abidələrimizin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində Azərbaycan respublikasının prezidenti İlham Əliyev, Azərbaycanın 1-ci vitse-prezidenti, Heydər Əliyev fondunun prezidenti Mehriban Əliyeva ölkə daxilində və xaricində böyük işlər həyata keçirirlər. Məqsədimiz gənc nəslə abidələrimiz və onların qorunması haqqında məlumat verməkdir.