18.04.2022
18.04.2022-ci ildə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Qovlarsarı kənd kitabxana filialı , 2022-cı il Şuşa ili çərçivəsində "Mədəniyyətimizin beşiyi - Şuşam" adlı söhbət keçirdi. Tədbirdə kitabxananın oxucuları iştirak edirdi.Tədbiri giriş sözü ilə filialın müdiri Nəzmiyə Xəlilova açaraq, tədbir iştirakçılarını salamladı,və mədəniyyətimizin beşiyi olan Şuşa şəhərinin tarixi haqqında geniş məlumat verdi, sonra Qovlarsarı kənd klub müdiri Ülviyyə Məmişova Şuşa şəhərinin Azərbaycan Mədəniyyətinə bəxş etdiyi dahi sənətkarlarımız haqqında məlumatlar verdi.Oxuculardan Yolçuyeva Səbinə,Məmişova Səma, Yolcuyev Elgün Şuşamıza həsr olunan şeirlər söylədilər .Sonda filial müdiri Nəzmiyə Xəlilova Şuşa şəhərinin daha geniş tarixi haqqında kitabxanada olan Qarabağnamələr adlı kitabı oxuculara oxumağı tövsiyə etdi.