Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəhid polkovnik-leytenant Rasim Abdullayevin ”Son nida” kitabının təqdimatı keçirilib.

18.04.2022

Kəlbəcər rayon İcra Hakimiyyətinin və Gəncə Regional Mədəniyyət İdarəsi Kəlbəcər rayon Uşaq İncəsənət Məktəbinin  birgə təşkilatçılığı ilə Kəlbəcər rayon Mədəniyyət sarayında şəhid polkovnik-leytenant Rasim Abdullayevin "Son nida” kitabının təqdimatı keçirilib.

 Kəlbəcər rayon Mədəniyyət sarayında baş tutan təqdimat mərasimində Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Kəlbəcər rayonundan seçilmiş Milli Məclisin deputatı Aqil Məmmədov, YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Kəlbəcər rayon ictimaiyyəti, Milli kənd sakinləri,  şəhid ailələri və qazilər  iştirak edib.Əvvəlcə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmiş, daha sonra şəhid polkovnik-leytenant Rasim Abdullayevin həyat və yaradıcılığından bəhs edən videorolik nümayiş etdirilmişdir..
Tədbirdə çıxış edən natiqlər 44 günlük şanlı Zəfər tariximizə nəzər salmış, şəhid polkovnik-leytenant Rasim Abdullayevin yaradıcılığından bəhs edərək onun qəhrəmanlığından söz açmışdırlar.
Uşaq İncəsənət məktəbinin  şagirdləri şəhid Rasim Abdullayevin şeirlərini səsləndiriblər, eyni zamanda şəhid R.Abdullayevin  sözlərinə  bəstələnmiş muğamlar Kəlbəcər rayon Uşaq İncəsənət məktəbinin müəllim və şagirdlərinin ifasında təqdim olunub.
Ölümündən sonra Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən təltif edildiyi medal şəhidin oğluna təqdim edilib. 
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər.

 

185 KB

 

161.8 KB

 

49.5 KB