Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Gəncənin tarixi abidələrini tanıyaq” başlığı altında informasiya saatı keçirilib

16.04.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana  Sisteminin Mərkəzi Kitabxananın  Uşaq şöbəsində 16.04.2022-ci il tarixində 18 Aprel  Tarixi Abidələrin Mühafizəsi günü ilə əlaqədar olaraq “Gəncənin tarixi abidələrini tanıyaq” başlığı altında informasiya saatı keçirildi. Tədbirdə Gəncə şəhər M.Mehdizadə adına 4№-li məktəbin müəlliməsi Pərvanə Alıyeva və bir qrup IV sinif şagirdləri iştirak etdilər.

Tədbiri giriş sözü ilə şöbənin böyük kitabxanaçısı Aytən Əliyeva açaraq bildirdi ki, 1983-cü ildən 18 aprel Beynəlxalq  Abidələr və Tarixi Yerlər günü kimi qeyd olunur. Məqsəd dünya ictimaiyyətinin diqqətini maddi -mədəniyyət abidələrinin qorunmasına yönəltməkdir. Bu gün bütün dünyada olduğu kimi Azərbaycanda da qeyd olunur.Hər bir ölkənin tarixi qədimliyi onun maddi mədəniyyət yadigarlarının çoxluğu və qədimliyi ilə ölçülür. Ölkəmizdə də çoxəsrlik tarixi keçmişimizdən yadigar qalan abidələr mövcuddur.Qeyd etdi ki, Azərbaycanın qədim mədəniyyət mərkəzi sayılan Gəncədə də zəngin,qədim tarixi abidələr mövcuddur. Bildirdi ki, yaşadığımız dövrə qədər gəlib çatan bu abidələr hazırda çox qiymətli nümunələr kimi qorunur və şəhərimizə gələn bütün xarici turistlərin maraq doğuran məkanına çevrilir.

Sonra şagirdlər Gəncənin tarixi abidələri Gəncə Tarix –Diyarşünaslıq Muzeyi,Nizami Gəncəvi Muzeyi, Mir Cəlal Paşayevin ev muzeyi, İsrafil Məmmədovun ev muzeyi,Xan Bağı,Heydər Əliyev Mərkəzi, Cavad xan türbəsi, Comərd Qəssab türbəsi, Gəncə qapıları (Gəncə darvazaları), Gəncə İmamzadəsi, Şah Abbas məscidi, Nizami məqbərəsi, Məhsəti Gəncəvi Mərkəzi və s. məkanları virtual ekskursiya etdilər. Məqsədimiz tarixi irsimizi,dəyərlərimizi gənc nəslə sevdirmək, şagirdlərin bu sahəyə olan biliklərini artırmaqdır.

 

104.7 KB

 

88.4 KB