16.04.2022
15 aprel 2022 –ci tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın oxu zalında “Şahmat qaydaları ilə qətl”, “Ölülərin pıçıltısı”, “Kobranın ölüm rəqsi”, “Şeytan ruhunun ləpiri”, “Utancaq Qatil” detektiv romanların müəllifi Elbruz Kəlbiyevlə imza günü keçirildi. İlk öncə Azərbaycan torpaqları uğrunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan Gəncə Regional Mədəniyyət İdarəsi Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor əvəzi Fəridə Qədimova qonaqları salamlayaraq,yazıçı Elbrus Kəlbiyevlə görüş - imza gününün məhz kitabxanada keçirilməsi təşəbbüsünü alqışlayaraq öz minnətdarlığını bildirdi. Oxu zalının müdiri Aidə Abdullayeva yazıçı Elbrus Kəlbiyevlə bağlı qısa məlumat verdi.
Azərbaycan Yazıçılar Birliyinin Gəncəbasatr bölməsinin sədri Xəzangül Hüseynova yazıçının ”, “Şeytan ruhunun ləpiri” kitabı haqqında danışaraq öz fikirlərini bölüşdü və bu kimi maraqlı və düşündürücü kitabların müəllifinə yaradıcılıq uğurları arzuladı.
Imza günündə həmçinin Azərbaycan Yazıçılar Birliyinin üzvü, nasir, şair- publisist, dramaturq Qərib Mehdi, yazıçı, dramaturq, publisist və ictimai xadim Nüşabə Əsəd Məmmədli, AYB-nin Gəncəbasar Bölməsinin baş məsləhətçisi, şairə Aləmzər Əlizadə, Mir Cəlal Paşayev ev- muzeyinin direktoru İradə İbayeva, yazıçı- dramaturq, şair Zaur Gəncəli, teatrşünas-tənqidçi Anar Bürcəliyev, Respublikanın Əməkdar Mədəniyyət işçisi, şair Bəxtiyar Muradov, Gəncə “Maarif Evi” İctimai Birliyinin sədri İmamverdi Vəliyev, şairlər Eltun Türkel, Zahir Şirani, 3 nömrəli məktəbin direktoru Vüsalə Səfərova, əməkdar məşqçi, şahmat üzrə Beynəlxalq dərəcəli hakim Şaiq Quliyev, yazıçının dostu Ehtiram Miriyev, gənc yazarlar Nigar Səttarzadə, Leyla Camalzadə müəllifin kitabları haqqında dəyərli fikirlər söyləyərək yazıçıya yaradıcılıq uğurları, daha düşündürücü roman və povestlər yazması uğurlar dilədilər.
Tədbirdə iştirak edən Gəncə Dövlət Universitetinin tələbələri yazıçıya suallar ünvanladılar. Yazıçı Elbrus Kəlbiyev bütün sualları ətraflı cavablandırdıqdan sonra özü və yaradıcılığı haqqında çıxış etdi və tədbirin təşkili üçün kitabxana rəhbərliyinə və bütün iştirakçılara dərin minnətdarlığını bildirdi.
Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor əvəzi Fəridə Qədimova belə gözəl görüş üçün Elbrus Kəlbiyevə, onunla görüşə gələn dostlarına, AYB Gəncə bölməsinin tədbirdə iştirak edən üzvlərinə, GDU tələbələrinə və bütün iştirakçılara təşəkkür etdi.
Sonda müəlliflə xatirə şəkilləri çəkildi və yazıçı öz kitablarını şəxsi imzası ilə oxucularına hədiyyə etdi.