16.04.2022
15.04.22-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 24 saylı kitabxana filialı Azərbaycanın istiqlal şairi, tərcüməçi, müəllim, professor Əhməd Cavadın anadan olmasının 130 illiyi münasibətilə "Cümhuriyyətin nəğməkar şairi" başlıqlı onlayn ədəbi-bədii gecə keçirdi. Ədəbi-bədii gecəni filialın müdiri Rahilə Qasımova açaraq Əhməd Cavadın həyatı haqqında məlumat verdi. Milli oyanış, xalq hərəkatı, türk xalqlarının
birliyinə çağrış, xalqın yaddaşına qaydış kimi duyğular Əhməd Cavad şeirinin ruhuna hopmuşdur söylədi.
Tədbirdə Az.TU-nin İctimai elmlər və multikulturalizm kafedrasının baş müəllimi filoloq Zəminə Novruzova, ADAU-nin Dillər kafedrasının müəllimi Günay Abdullayeva, AMEA-nın Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin böyük elmi işçisi Filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov, AYB-nin üzvü yazıçı Kənan Yusif oğlu, AMEA-nın Gəncə Bölməsinin elmi işçisi Leyla Kərimova şairin yaradıcılığı haqqında ətraflı çıxış etdilər. Tədbir iştirakçıları çıxışlarında qeyd etdilər ki, Əhməd Cavad müstəqillik, türk xalqlarının birliyi, keçmişimizin unudulmaması mövzularında əsərlər yazmışdır. Azadlıq carçısı vətənimizin azadlığını, müstəqilliyini hər şeydən üstün tutub, bu haqda çox sayda yadda qalan şeirlər yazıb. Tədbirdə şairin yaradıcılığı ilə yanaşı müəllim, ictimai-siyasi xadim, publisist, jurnalist, tərcüməçi, xeyriyyəçi kimi göstərdiyi fəaliyyəti haqqında da söhbət açıldı. Həmçinin Əhməd Cavadın çox saylı şeirlərinə bəstələnmiş mahnılarından biri "Şükriyyə"-ni 2 saylı musiqi məktəbinin vokal bölməsinin 3 -cü sinif şagirdi Tunar Cəfərov ifa etdi.
Tədbirdə 24 saylı orta məktəbin şagirdi Nuray Quliyeva, 19 saylı məktəbin şagirdləri Aysel Əlizadə və Mədinə Quliyeva, 20 saylı məktəbin şagirdi Zərintac Abdullayeva, 39 saylı məktəbin şagirdi Banu Abdullayeva şairin dillər əzbəri olan şeirlərini söylədilər.
Ədəbi-bədii gecədə şairin yaradıcılığına həsr edilmiş videoçarx nümayiş etdirildi.