15.04.2022
15.04.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə Şəhər Mədəniyyət Mərkəzində Azərbaycanın Xalq Artisti,Görkəmli Bəstəkar Fikrət Əmirovun anadan olmasının 100 illiyi münasibəti ilə “Həmişəyaşar Bəstəkar “ mövzusunda müsiqili lektoriya keçirildi.
Gəncə şəhər Mədəniyyət Mərkəzinin direktoru Afina Ələkbərova Xalq Artisti , görkəmli bəstəkar Fikrət əmirovun həyat və yaradıcılığı,keçdiyi həyat yolu haqqında qısa məlumat verdi.
Daha sonra Gəncə şəhər Mədəniyyət Mərkəzinin tar müəllimi ,1975-ci ildən üzübəri müxtəlif illərdə orkestr müsabiqələrinin qalibi olmuş Rafiq Rzayev çıxış edərək Fikrət Əmirovla bağlı xatirələrindən və onun müxtəlif janrlarda yazdığı əsərlərindən söhbət açdı.
Tədbirin sonunda Bəstəkarın müxtəlif janrlarda yazdığı əsərlərindən nümunələr səsləndirildi.