Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü”

18.04.2018

18.04.2018-ci ildə “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” ilə əlaqədar Gəncə şəhər MKS-nin 13 saylı kitabxana filialının təşəbbüsü ilə Gəncə şəhər S.Vurgun adına 41 №li orta məktəbin 4 – cü sinif şagirdləri ilə birgə Tarix Diyarşünaslıq Muzeyinə ekskursiya etdi. Kitabxananın böyük kitabxanaçısı Əliyeva Günel muzey işçilərini salamlayaraq bildirdi ki, YUNESKO-nun qərarı ilə 1982-ci ildən etibarən hər il aprelin 18-i dünyada “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” kimi qeyd olunur. Bu məqsədlə biz məktəbliləri tarixi eksponatlarımızı qoruyub, saxlayan, qədimliyimizi əks etdirən bu muzeyə səyahət etdik.Çünki hər bir tarixi abidə məxsus olduğu dövrün mədəni mühitini, təfəkkür və düşüncə tərzini özündə yaşadır. Hər bir xalqın qədimiliyi həm də onun əsrlər boyu yaratdığı abidlərində yaşayır. Torpaqlarımızın 20% -i işğal etmiş Ermənistanın hərbi birləşmələri milli mədəniyyət abidələrimizi qəddarcasına dağıtmışlar. Dağlıq Qarabağ və ona bitişik rayonlarda bir çox tarixi əhəmiyyətli yerlə yeksan olmuşdur.

İndi Azərbaycan rəhbərliyinin böyük diqqət və qayğısı sayəsində ölkəmizdə tarixi abidələrin mühafizəsi və bərpası mədəniyyət nümunələrinin beynəlxalq aləmində təbliği istiqamətində böyük işlər görülür.

Muzeyin əməkdaşı muzeydə olan bütün eksponatları haqqında geniş məlumat verdi. Şagirdlər verilən hər bir məlumata xüsisi diqqət və maraqla yanaşdılar və ekskursiyadan xoş təssüratla ayrıldılar. Sonda muzeyin xatirə kitabına xoş arzularımızı yazaraq, təşəkkürümüzü bildirdik.